SƏHİYYƏ

Baş həkim işdən çıxarıldı

Yayılan qeyri-rəsmi məlumatlara görə Əlövsət Əliyev ötən gün tutduğu baş həkim vəzifəsindən kənarlaşdırılıb və onun yerinə Elnur Azadxanov təyin olunub.
Sputnik

BAKI, 25 fevral — Sputnik. Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb.

"Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"ndən (TƏBİB) Sputnik Azərbaycan-a verilən məlumata görə, Əlövsət Əliyev işində yol verdiyi nöqsanlara görə baş həkim vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, yayılan qeyri-rəsmi məlumatlara görə Əlövsət Əliyev ötən gün tutduğu baş həkim vəzifəsindən kənarlaşdırılıb və onun yerinə Elnur Azadxanov təyin olunub.