BAKI, 24 fevral — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı son vəziyyəti açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, ÜST-ün yaydığı xəbərdə bildirilir ki, koronavirus xəstəliyinin (COVID-19) son 24 saatda yayıldığı ölkələrin sayında dəyişiklik olmayıb. Təsdiqlənmiş yoluxma hallarının sayı dünyada 78 811 (1017 yeni), Çində 77 042 (650 yeni) təşkil edib, 2445 ölüm halı (97 yeni) qeydə alınıb. Çinin xaricində isə 1769 yoluxma halı (367 yeni), 28 ölkədə 17 ölüm halı (6 yeni) aşkarlanıb.
ÜST-ün risk qiymətləndirməsinə görə, Çin bu virusun çox yüksək yayıldığı, regional səviyyədə-yüksək, qlobal səviyyədə də yüksək olub. ÜST-nin məlumatlarına görə, koronavirus 29 ölkədə yayılıb. Cəmi 79 348 nəfər yoluxub, onların (3.2%) 2615 nəfəri dünyasını dəyişib.