BAKI, 24 fevral — Sputnik. Şəkinin Qırxbulaq kənd sakinləri - 2014-cü il təvəllüdlü Vüsal Nadir oğlu Hüseynov, 2011-ci il təvəllüdlü Adəm Polad oğlu Əlili, 2008-ci il təvəllüdlü Cəlal Cavanşir oğlu Əlifov və 2009-cu il təvəllüdlü Məhəmməd Fərid oğlu Kərimov it dişləməsi xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, yaralılara xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.