CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ordumuzun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Hərbçilərimiz Almaniyanın Oberammerqau şəhərində "Döyüş hazırlığının qiymətləndirilməsi" kursunda və Ankarada (Türkiyə) "Silahlı münaqişə hüququ" kursunda iştirak edirlər.
Sputnik

BAKI, 24 fevral — Sputnik. Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Ordusunun nümayəndələri Tbilisidə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli kibertəhlükəsizlik üzrə təcrübə mübadiləsinə qatılıblar.

Bundan əlavə, hərbçilərimiz Almaniyanın Oberammerqau şəhərində "Döyüş hazırlığının qiymətləndirilməsi" kursunda və Ankarada (Türkiyə) "Silahlı münaqişə hüququ" kursunda iştirak edirlər.