CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputatın dairəsində nəticəsi ləğv olunan məntəqələrin sayı 13-ə çatıb

Araşdırma zamanı bəlli olub ki, təqdim edilən 48 və 50 saylı məntəqələrin protokollarında pozuntular var
Sputnik

BAKI, 24 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Əsədli Anar Əsəd oğlunun müraciətinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, müraciət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: "Araşdırmamız zamanı bəlli olub ki, təqdim edilən 48 və 50 saylı məntəqələrin protokollarında pozuntular var. Ona görə həmin məntəqələrin nəticələri ləğv edilməli, şikayət qismən təmin edilməlidir".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, MSK-nın 20 fevral 2020-ci il tarixli iclasında Nazim Azadoğlu və Faiq Kərimovun müraciəti əsasında 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələrinin nəticələri də ləğv edilib. Bununla da 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində nəticələri ləğv edilən məntəqələrin sayı 13-ə çatıb.