CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qırx iki min adam dövlətin malına şərik çıxdı: fırıldaqları məətəl qoyur - FOTO

Belə hallarla daha çox Sabunçu rayonunun Maştağa və Nardaran kəndləri, Kürdəxanı qəsəbəsi, Binəqədi rayonunun Xocahəsən qəsəbəsi, Abşeron rayonunun Hökməli qəsəbəsi, Suraxanı rayonunda Zığ kəndi, Xəzər rayonunda Binə qəsəbəsində rastlaşmaq mümkündür
Sputnik

BAKI, 24 fevral — Sputnik. 2019-cu ilin 12 ayı ərzində qeyri-qanuni qoşulma hallarına görə ölkə üzrə 42 839 (42 520 əhali qrupu, 319 qeyri-əhali qrupu) "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt tərtib olunub. "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 67 531 071 m3 (bura qeyri-əhali qrupuna aid 5 902 291 m3 də daxildir) qaz itkisi hesablanıb: "Qaz təsərrüfatına 6 753 107 manat (o cümlədən qeyri-əhali üzrə 1 180 458 manat) məbləğində ziyan dəyib. Bu ziyanın böyük əksəriyyəti Bakı şəhəri və paytaxtətrafı ərazilərə aiddir. Çünki regionlarda əhali və qeyri-əhali üzrə cəmi 2199 akt tərtib olunub".

Qırx iki min adam dövlətin malına şərik çıxdı: fırıldaqları məətəl qoyur - FOTO

Rəsmi məlumata görə, "Azəriqaz" İB qaz kəmərlərinə qanunsuz qoşulmaların qarşısını almaq üçün kəmərləri saxlayan dirəklərdən deşik açmaq məcburiyyətində qalıb: "Çünki əksər hallarda qanunsuz qoşulma aparanlar rezin borunu torpağın altından gətirir, dirəyin içərisi ilə yeridir və qaz xəttinin dirəyə oturduğu yerdən calaq etməklə qoşma aparır. Qoşma da özbaşına qaynaqsız olduğu üçün qazın çox hissəsi rezin borunun qoşulduğu yerin kənarlarından havaya uçur. Belə hallarla daha çox Sabunçu rayonunun Maştağa və Nardaran kəndləri, Kürdəxanı qəsəbəsi, Binəqədi rayonunun Xocahəsən qəsəbəsi, Abşeron rayonunun Hökməli qəsəbəsi, Suraxanı rayonunda Zığ kəndi, Xəzər rayonunda Binə qəsəbəsində rastlaşmaq mümkündür. "Azəriqaz" İB-nin qazdan qanunsuz istifadə edənlərin həyətlərinə daxil olmaq, mənzillərinə baxmaq səlahiyyəti yoxdur. Amma bilinən odur ki, bəziləri öz həyətindən də digər qonşularına qaz paylayır, istixanalarını da qazla təmin edir, bir sözlə, özü üçün mini "qaz paylayıcı şəbəkə" yaradır".

Qırx iki min adam dövlətin malına şərik çıxdı: fırıldaqları məətəl qoyur - FOTO

"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndində qeyd edilir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin bu Qaydalarda itirilmiş qazın bərpası üçün borcun hesablanmasına aid hansısa bir düstur yoxdur. Elə buna görə də mövcud qanunvericiliyin üzərində təkmilləşdirilmə işləri aparılır", - deyə qeyd olunub.