CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın keçmiş Baş Naziri təltif edildi

Artur Tahir oğlu Rasi-zadə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb
Sputnik

BAKI, 24 fevral — Sputnik. Artur Rasi-zadə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Artur Tahir oğlu Rasi-zadə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.