SƏHİYYƏ

Hikmət Hacıyev koronavirusla bağlı görülən tədbirlərdən danışdı

"Koronavirus məsələsi beynəlxalq gündəlikdə olan məsələdir. Azərbaycan bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini ciddi şəkildə araşdırır, öyrənir, lazımi tədbirlər görülür".
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 fevral - Sputnik. "Koronavirus məsələsi beynəlxalq gündəlikdə olan məsələdir. Azərbaycan bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini ciddi şəkildə araşdırır, öyrənir, lazımi tədbirlər görülür".

Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında koroanvirus təhlükəsi ilə bağlı Azərbaycanın İranla sərhədləri bağlaması ehtimalına münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, Nazirlər Kabineti koronavirusla bağlı ilkin mərhələdə müzakirələr aparıb: "Tədbirlər Planı hazırlanıb. Ölkəmiz tərəfindən də bu istiqamətdə lazımi tədbirlər görülməkdədir. Azərbaycan vətəndaşlarının səfərlərinin məhdudlaşdırılması ilə bağlı da Xarici İşlər Nazirliyi tərəfindən müraciətlər olub".