CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zaqatala sakini intihar etdi

1976-cı il təvəllüdlü kişinin özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Hadisə araşdırılır
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 fevral— Sputnik. Zaqatalada intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Muxax kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Rasim Yaqubov intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.