ÜST koronavirusla bağlı qorxunc rəqəmlər açıqladı

Çinin Səhiyyə Nazirliyi bildirib ki, 22.8 min nəfər sağalıb. Bütün dünyada koronavirusa yoluxanları sayı isə 78.8 min nəfəri aşıb
Sputnik

BAKI, 23 fevral — Sputnik. Çindən kənarda koronavirusa yoluxanların sayı, Ümumdünya Səhiyyə Təşkilatının bazar gününə olan məlumatına görə, 1769-a çatıb.

Sputnik Azərbaycan bildirir ki, günlük hesabatda Çindən kənarda virusa yoluxanların sayı sutka ərzində 367 nəfər artıb. ÇXR-dən başqa, 28 ölkədə virusa yoluxma halı təsbit edilib. Ölüm hallarının sayı 17 olub, sutka ərzində isə COVİD-2019 6 nəfəri öldürüb.

Çində koronavirusdan ölənlərin sayı 2445, ümumi yoluxanların sayı 77042 nəfərə çatıb. Çinin Səhiyyə Nazirliyi bildirib ki, 22.8 min nəfər sağalıb. Bütün dünyada koronavirusa yoluxanları sayı isə 78.8 min nəfəri aşıb.