Tramp Bollivud VİDEOsunda - özü paylaşdı

Kadrlarda Tramp xeyli düşmənlə dava edərək irəliləyir. Videoçarx "ABŞ və Hindistan birdir" şüarı ilə bitir
Sputnik

BAKI, 23 fevral — Sputnik. ABŞ Prezidenti Donald Tramp Bollivudun çəkdiyi "Bahubali: Əfsanənin yaradılışı" filmindən özünün siması montaj olunan kadrları paylaşıb.

Sputnik Azərbaycan bildirir ki, kadrlarda Tramp xeyli düşmənlə dava edərək irəliləyir. Videoçarx "ABŞ və Hindistan birdir" şüarı ilə bitir.

​ABŞ liderinin paylaşımı onun Hindistana planlaşdırılan səfərinə həsr olunub. "Səbirsizliklə Hindistanda olan yaxşı dostlarımla görüşü gözləyirəm", - Tramp çarxa yazdığı şərhində bildirib.