HADİSƏ

Quba sakini özünü asdı

Quba rayon polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlib, baxış keçiriblər və meyit tibbi ekspertizaya göndərilib.
Sputnik

Leyla Abdullayeva,  Sputnik Azərbaycan

BAKI, 23 fevral — Sputnik. Azərbaycanda 49 yaşlı kişi intihar etdi. Hadisə dünən gecə saatlarında Qubanın Aşağı Atuc kəndində baş verib.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, 1971-ci il təvəllüdlü Əlşan Sultəli oğlu Mehdiyev yaşadığı evin qarşısındakı talvardan özünü asıb.

Quba rayon polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlib, baxış keçiriblər və meyit tibbi ekspertizaya göndərilib.