CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heyva yarpağı çayının faydaları

Həkimlər də bildirir ki, bir çox sitrus meyvələri ilə yanaşı heyva və onun yarpağı C vitamini ilə zəngindir
Sputnik

BAKI, 23 fevral — Sputnik. Türkiyəli həkimlər heyva yarpağından çay dəmlənməsinin bir çox xəstəliklərdə faydalı təsirə malik olduğunu açıqlayıblar.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, heyva yarpağı çayı qərənfil, zəncəfil, bal və limon qarışıqları kimi öskürəyin kəsilməsi üçün çox faydalıdır. Bundan başqa, heyva yarpağı çayı quru öskürəklə yanaşı bəlğəmli öskürək zamanı da faydalıdır.

Bundan başqa, immunitetin yaranması, qrip və viruslarla mübarizə üçün də digər təbii çaylarla yanaşı heyva yarpağı çayı faydalıdır. Həkimlər də bildirir ki, bir çox sitrus meyvələri ilə yanaşı heyva və onun yarpağı C vitamini ilə zəngindir.