Çində qalan ukraynalıları futbol klubu çıxaracaq

Vladimir Zelenski bu hadisələrin təşkilatçılarının cəzalandırılacaqlarını bildirib. Deyib ki, həmin adamlar özləri qəsdən insanlar arasında panika yayıblar
Sputnik

BAKI, 23 fevral — Sputnik. "Şaxtyor" futbol klubu Çində qalan ukraynalıların təxliyəsi üçün öz təyyarəsini bu ölkəyə göndərəcək.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə komandanın baş direktoru Sergey Palkin bildirib.

Onun sözlərinə görə, təyyarənin hazırlığı prosesi xeyli mürəkkəbdir və müəyyən cəhdlər tələb edir: "Bu, sənədlərin toplanması və razılaşdırmalar baxımından kifayət qədər zəhmətli prosesdir. Həm Ukraynanın, həm də Çinin müxtəlif dövlət orqanları bu işə cəlb olunub", - deyə Palkin bildirib. 

Palkin deyib ki, təyyarənin Çinə yola salınması üçün hazırlıq prosesi birbaşa Ukrayna Prezidenti Vladimir Zelenskinin nəzarətindədir.

​Fevralın 20-də onlarla ukraynalı Çindən dönüb və Poltava vilayətində Yeni Sancar şəhərində karantinə alınıb. Yerli sakinlər bunun qarşısını almaq üçün yolları bağlayıb, polislə dalaşıb, təxliyə edilənlərin olduğu avtobuslara daş atıblar. Lvov və Ternopol vilayətlərində yerli xəstəxanalara təxliyə olunanların yerləşdirilməməsi üçün barrikadalar və blokpostlar quraşdırılıb.

Vladimir Zelenski bu hadisələrin təşkilatçılarının cəzalandırılacaqlarını bildirib. Deyib ki, həmin adamlar özləri qəsdən insanlar arasında panika yayıblar.