RUSİYA

Moskva – Cəsarətli şəhər

Belarusun paytaxtı Minsk şəhəri reytinqdə üçüncüdür, Qazaxıstanın paytaxtı Nur-Sultan isə sonuncu yerdə qərarlaşıb
Sputnik

BAKI, 22 fevral — Sputnik. Ekspertlər MDB ölkələrinin ən cəsarətli şəhərlərinin reytinqini hazırlayıblar.

Rusiya paytaxtı ən populyar dini turizm şəhəri siyahısında

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, siyahıya Rusiyanın paytaxtı Moskva şəhəri liderlik edir.

Mütəxəssislər birliyin hansı şəhərində ən cəsur və yaxşı kişilərin olduğunu müəyyən etmək üçün sorğu keçiriblər. Bu məlumatlar əsasında reytinq tərtib edilib. Beləliklə, Moskva ən cəsarətli şəhər seçilib. Sorğuda iştirak edənlərin 14 faizi Moskvanın lehinə səs verib. İkinci yerdə isə 11 faiz səslə başqa Rusiya şəhəri – Yekaterinburq yer alıb. Üçüncü yeri Belarusun paytaxtı Minsk (10 faiz) tutub.

Reytinq cədvəlində sonrakı yerlərdə Rostov, Krasnodar, Çelyabinsk, Sankt-Peterburq, Kazan və Ufa gəlir. Reytinq siyahısında son yerdə Qazaxıstanın paytaxtı Nur-Sultan qərarlaşıb. Ona sorğuda iştirak edənlərin 3 faizi səs verib.