HADİSƏ

Kürdəmirdə dəhşət: Ananın meyiti su quyusunda, oğlunun meyiti evdə tapıldı

Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır
Sputnik

BAKI, 22 fevral — Sputnik. Kürdəmir rayonunda 1977-ci il təvəllüdlü Leyla Cavanşir qızı Qəmbərova və onun yaş yarımlıq övladı Hilal Orxan oğlu Qəmbərov səhər saatlarında ölü tapılıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, körpənin meyiti Şüşün kəndində evdə, ananın nəşi isə həyətdəki su quyusunda aşkarlanıb.

Kürdəmirdə dəhşət: Ananın meyiti su quyusunda, oğlunun meyiti evdə tapıldı

Kürdəmir Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

Meyitlər müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Kürdəmirdə dəhşət: Ananın meyiti su quyusunda, oğlunun meyiti evdə tapıldı

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.