CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəffaf qutular gəlir - "Azəriqaz" müdaxilələrin qarşısını alacaq

Yeni qutular həm mexaniki, həm də elektron sayğaclar üçün asanlıqla istifadə ediləcək, xarici təsirlərə - xüsusən də zərbələrə davamlıdır
Sputnik

BAKI, 22 fevral — Sputnik.  “Azəriqaz” İstehsalat Birliyi müdaxilələri minimuma endirəcək yeni şəffaf sayğac qutuları təqdim edir. Sputnik Azərbaycan-a "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu barədə baş direktor açıqlama verib. 

O bildirib ki, yeni qutular həm mexaniki, həm də elektron sayğaclar üçün asanlıqla istifadə ediləcək: "Xarici təsirlərə - xüsusən də zərbələrə davamlıdır. Beləliklə, sayğaclara müdaxilələr minimuma enəcək. Qutu ayrılıqda 2 yerdən möhürlənəcək. Abonent ilə Birlik arasındakı yersiz mübahisələr, ittihamlara əsas qalmayacaq. Dövlət yoxlanışı zamanı sayğac qutu ilə birlikdə götürüləcək və müvafiq müəssisədə abonentin öz iştirakı ilə açılaraq lazımı prosedura təqdim ediləcək. Abonent mexaniki sayğacın göstəricisini qutunun üzərindən asanlıqla oxuya bilər, elektron sayğaclarda isə qutunun üzərindəki kiçik pəncərə açılmaqla kart vasitəsilə balansı artırmaq mümkündür".