CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Seçki pozuntularına dair araşdırmanı üç istiqamətdə aparırıq – MSK sədri

Sosial şəbəkələrdə əksini tapan seçki pozuntuları 68 seçki dairəsi üzrə 179 məntəqəni əhatə edir. Bu seçki dairələri və məntəqələri üzrə sosial şəbəkələrdə əksini tapan seçki pozuntularına dair videogörüntülərin sayı isə 380-dir
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 fevral - Sputnik. Mərkəzi Seçki Komissiyası seçki pozuntularına dair araşdırmanı üç istiqamətdə aparır.

Sputnik Azərbaycan xəbər xəbər verir ki, bunu MSK-nın bu gün keçirilən iclasında komissiyanın sədri Məzahir Pənahov deyib.

O bildirib ki, birinci istiqamət dairə seçki komissiyalarından təqdim olunan sənədlər, ikinci istiqamət bilavasitə MSK-ya daxil olan sənədlərdir. Üçüncü istiqaməti isə sosial şəbəkələrdə öz əksini tapan seçki pozuntuları təşkil edir.

Məzahir Pənahov vurğulayıb ki, sosial şəbəkələrdə əksini tapan seçki pozuntuları 68 seçki dairəsi üzrə 179 məntəqəni əhatə edir. Bu seçki dairələri və məntəqələri üzrə sosial şəbəkələrdə əksini tapan seçki pozuntularına dair videogörüntülərin sayı isə 380-dir.