BAKI, 21 fevral — Sputnik. Osvensimi faşist qoşunlarından Qırmızı Ordu qüvvələri azad edib. Polşalıların əksəriyyəti (73 faizi) bu fikirdədir.
Bu mövzuda sorğu fevralın 6-dan 11-dək Polşada Sputnik.Rəy layihəsi çərçivəsində keçirilib. Sorğunu Sputnik İnformasiya Agentliyi və Radiosu üçün ictimai rəyin öyrənilməsi ilə məşğul olan ən qədim fransız şirkəti "IFOP" təşkil edib.
Sorğuda yaşı 18-dən yuxarı olan 1000 respondent iştirak edib və onlar cins, yaş, coğrafiya kateqoriyalarına bölünüblər. Ümumilikdə ölkə üzrə sorğunun maksimal xəta dərəcəsi 3,1 faiz, etibarlılıq ehtimalı isə 95 faiz təşkil edib.
Sorğunun nəticələrinə görə, polşalıların 15 faizi Osvensimin Polşa Ordusu tərəfindən, 5 faizi ABŞ tərəfindən, 1 faizi isə başqa ölkənin və Böyük Britaniya ordusu tərəfindən azad edildiyini düşünür. Respondentlərin 5 faizi sualı cavablandırmaqda çətinlik çəkib.
Yaşlı nəslin nümayəndələri, eləcə də yüksək gəlirli və ali təhsilli respondentlər Osvensimin Qırmızı Ordu tərəfindən azad olunduğuna əminlik ifadə ediblər.
Yeri gəlmişkən, sorğunun nəticələri göstərib ki, mötədil solçu və sağçı partiyaların nümayəndələri demək olar ki, eyni dərəcədə hesab edirlər ki, Osvensimin azad edilməsinə ən böyük töhfəni Qırmızı Ordu qoşunları verib. Lakin mərkəz və radikal partiyalar buna bir qədər az əmindirlər.
Sputnik.Rəy layihəsi haqqında
İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarında start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "IFOP" və "Forsa" çıxış edir. Sputnik.Rəy layihəsi çərçivəsində mütəmadi olaraq Avropa və ABŞ-da ən aktual sosial və siyasi məsələlər üzrə sorğular keçirilir.
Sputnik Azərbaycan 2015-ci ilin may ayında ölkəmizdə fəaliyyətə başlayıb. Agentlik Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və yüksək texnologiyalı multimedia mərkəzinə malikdir.
Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimedia bölmələri ilə fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkib hissəsidir.
Dünyanın 90-dan çox şəhərində və internetdə rus, ingilis, fransız və digər dillərdə analoq və rəqəmsal radioyayımı, eləcə də 33 dildə ölkə və regional multimediya internet saytlarını özündə birləşdirən Sputnik ən böyük beynəlxalq KİV-lərdən biridir. Sputnik-in xəbər lenti bütün dünya üzrə aparıcı nəşrləri sutka boyu ingilis, ərəb, ispan, çin və fars dillərində informasiya ilə təmin edir. Sputnik-in informasiya resurslarının auditoriyası ayda 60 milyon ziyarətçidən ibarətdir. Sputnik Çin nəşrinin isə "Weibo" mikrobloginq saytındakı hesabının abunəçilərinin sayı 10,5 milyonu aşır. Pekindən Montevideoya qədər bütün dünya üzrə 22 redaksiya mərkəzində onlarla millətin minlərlə nümayəndəsi çalışır. Sputnik "Rossiya Seqodnya" mediaqrupuna daxildir və baş ofisi Moskvada yerləşir.