SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nəsimi rayonunda dörd məntəqənin nəticələri ləğv edildi

Araşdırma zamanı 4 seçki məntəqəsi istisna olmaqla digər məntəqələrlə bağlı şikayət öz təsdiqini tapmayıb
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 fevral - Sputnik. Mərkəzi Seçki Komissiyasının iclasında 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə namizəd Vüqar Məmmədovun şikayətinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, MSK üzvü Qabil Orucov şikayətçinin seçki dairəsi üzrə nəticələrin ləğvini xahiş etdiyini bildirib: “Araşdırma zamanı 4 seçki məntəqəsi – 1, 11, 20 və 24 saylı məntəqələr istisna olmaqla digər məntəqələrlə bağlı şikayət öz təsdiqini tapmayıb. Ona görə də bu seçki dairəsi üzrə 4 məntəqədə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

MSK 22 saylı Nəsimi ikinci seçki dairəsinin 1, 11, 20 və 24 saylı məntəqələrində səsvermənin nəticələrini etibarsız sayıb.