VİDEO

Azərbaycanda yerli qida növləri üzrə assosiasiya yaradılır

Bir çox mütəxəssisin fikrincə, gələcək nəsillərin sağlamlığı naminə Azərbaycan istehsalçılarını ənənəvi yerli və təbii məhsulların istehsalına həvəsləndirmək lazımdır.
Sputnik

Bu baxımdan Azərbaycanın 5 müxtəlif bölgəsində yerli və təbii məhsulların istehsalı ilə məşğul olan Assosasiyalar yaradılacaq.

Ölkədə ekoloji cəhətdən zərərli qidaların geniş yayılması bəzən vətəndaşların sağlamlığı baxımından arzuolunmaz nəticələrə gətirib çıxarır və bütövlükdə istehlak bazarına mənfi təsir göstərir.

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunan mətbuat konfransında ekoloji məhsullara artan tələbatla əlaqədar istehlak bazarındakı tendensiyalar barədə danışılıb. Tədbirdə Heyvanların Mühafizəsi Cəmiyyətinin layihə meneceri Fuad Bagırov, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Aqrar Tədarük və Təchizat ASC Keyfiyyət və istehsal proseslərinə nəzarət departamentinin direktor müavini Vahid Məmmədov, biomüxtəliflik üzrə mütəxəssis Əliheydər Məmmədov iştirak ediblər.

Genetik modifikasiya olunmuş xarici və yerli məhsulların daha çox BİO standartına uyğun ekoloji məhsullarla əvəzlənməsinin mümkün olub-olmadığı ilə bağlı suallara cavablar verilib.