HADİSƏ

Hamamda ölüm hadisəsi baş verdi

qonaq gələn 1961-ci il təvəllüdlü Natiq Cavadov və 1967 ci il təvəllüdlü Aytən Zeynalova hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.
Sputnik

BAKI, 21 fevral — Sputnik. Bakının Xəzər rayonu Türkan qəsəbəsində ölüm hadisəsi baş verib.

Sputnik Azərbaycan hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, Türkan qəsəbəsi "Aqroprom bağları"nda bura qonaq gələn 1961-ci il təvəllüdlü Natiq Cavadov və 1967 ci il təvəllüdlü Aytən Zeynalova hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3 maddəsi ilə cinayət işi açılıb. İstintaq aparılır.