RUSİYA

Putin FTX-ya xüsusi tapşırıq verdi

Prezident qeyd edib ki, Rusiya və vətəndaşlarının daxili və xarici təhdidlərdən qorunması əhəmiyyətli dövlət vəzifəsi olaraq qalmaqda davam edir
Sputnik

BAKI, 20 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) kollegiya iclası zamanı xidmət əməkdaşlarından terrorizmlə mübarizəni gücləndirməyi istəyib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Mən sizdən xahiş edirəm, Milli Antiterror Komitəsinin vasitəçi rolu ilə terrora qarşı daha hücum xarakterli mübarizə aparın", - deyə Putin FTX-nın kollegiya iclasında bildirib.

O, eyni zamanda qeyd edib ki, Rusiya və vətəndaşlarının daxili və xarici təhdidlərdən qorunması əhəmiyyətli dövlət vəzifəsi olaraq qalmaqda davam edir.