BAKI, 20 fevral — Sputnik. Sabahdan etibarən Bakı metropolitenində dezinfeksiya işlərinə başlanacaq. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, ilkin olaraq dezinfeksiya işləri qatarlarda aparılacaq: "Artıq bununla əlaqədar olaraq tədbirlər planı hazırlanıb. Növbəti həftədən etibarən isə dezinfeksiya işləri stansiyalarda da aparılacaq".