SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Daha iki məntəqənin gördüyü işə layiqli qiymət verildi

Deputatlığa namizəd Səidə Cəbrayılova şikayətində hüquqlarının pozulduğunu və dairənin nəticəsinin ləğvini tələb edib
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsindən daxil olan müraciətə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, müraciət barədə MSK üzvü Qabil Orucov məlumat verib.

Onun sözlərinə görə, deputatlığa namizəd Səidə Cəbrayılova şikayətində hüquqlarının pozulduğunu və dairənin nəticəsinin ləğvini tələb edib: "Şikayət araşdırıldıqdan sonra 6 və 7 saylı seçki məntəqələrində qanunazidd hərəkətlər müəyyən olunub. Bu səbəbdən həmin məntəqələrin nəticələrinin ləğvini, şikayətin qismən təmin olunmasını təklif edirəm".

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.