SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakının diplomatik qələbəsi: politoloq Münhen konfransının yekunları barədə

Politoloq Fikrət Sadıxov deyir ki, dünya gücləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə seyirçi mövqedən yanaşırlar
Sputnik

Bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Cənubi Qafqaz" Politoloqlar Klubunun 65-ci iclasında Münhen konfransı haqqında müzakirəlrə aparılıb.

Politoloq Fikrət Sadıxov deyib ki, ümumilikdə dünya siyasətində mənzərə xoşagəlməz deyil:

“Dünyada gedən proseslər bizim ölkəmizə təsirsiz ötüşmür. Münhenə toplaşan siyasi liderlər, ekspertlər də bu məsələləri ciddi şəkildə müzakirə edirlər. Amma son zamanlar bu liderlərin arasında ziddiyyətlər meydana çıxıb. Təbii ki, bu ziddiyyətlər bizim regionumuza da təsir göstərir. Dünya gücləri Azərbaycan-Ermənistan münaqişəsinə seyirçi mövqedən yanaşırlar”.

Qeyd edək ki, 14-16 fevral tarixlərində 56-cı Münhen Təhlükəsizlik Konfransı keçirilib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz