RUSİYA

Putin köməkçisini işdən çıxardı

Surkov Rusiya hökumətində 2011-ci ildən işləməyə başlayıb. Prezidentin köməkçisi vəzifəsinə isə 2013-cü ildə təyin olunub
Sputnik

BAKI, 18 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin köməkçisini işdən çıxarıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, V.Putin Vladislav Surkovun prezident köməkçisi vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Vladislav Surkov 2013-cü il sentyabrın 20-dən bu vəzifəni icra edirdi. Surkov Rusiya hökumətində 2011-ci ildən işləməyə başlayıb.