CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MSK DSK-nın qərarını qüvvədə saxladı

56 saylı Xaçmaz kənd seçki dairəsindən daxil olan müraciətə əsasən, şikayətçi həmin dairənin 7 saylı məntəqəsinin nəticələrinin ləğv olunmasını xahiş edib
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında parlament seçkiləri ilə əlaqədar şikayətlərə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, müraciətlər barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Onun sözlərinə görə, 56 saylı Xaçmaz kənd seçki dairəsindən daxil olan müraciətə əsasən, şikayətçi həmin dairənin 7 saylı məntəqəsinin nəticələrinin ləğv olunmasını xahiş edib: "Müraciət MSK-da araşdırılıb və məntəqənin nəticələrinin ləğvi üçün əsaslar olmadığı müəyyənləşib. Bu səbəbdən DSK-nın qərarı qüvvədə saxlanılmalıdır".

Daha sonra məsələ səsverməyə çıxarılıb və müvafiq qərar qəbul edilib.