İQTİSADİYYAT

Kiçik və orta biznesin qeyri-neft ixracında çəkisi artırılacaq

2025-ci ildən sonra KOB-ların ÜDM-dəki payının 60%-ə, qeyri-neft ixracında 40%-ə, məşğulluqda isə 70%-ə çatdırılması hədəflənib
Sputnik

BAKI, 18 fevral — Sputnik. Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı hökumət tərəfindən yaxından dəstəklənir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək üçün Tərəfdaşlıq Sammitində çıxış edərkən deyib.

KOB sədri bildirib ki, 2025-ci ildən sonra KOB-ların ÜDM-dəki payının 60%-ə, qeyri-neft ixracında 40%-ə, məşğulluqda isə 70%-ə çatdırılması hədəflənib.