Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 18 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə daxil olan müraciətə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə MSK-nın iclasında qurumun üzvü Tofiq Həsənov bildirib.
Onun sözlərinə görə, həmin seçki dairəsinin 16 saylı məntəqəsində qanun pozuntularının olması müəyyənləşib. MSK qərar verib ki, 123 saylı Seçki Dairəsinin 16 saylı seçki məntəqəsinin nəticələri ləğv edilsin.
Xatırladaq ki, həmin dairə üzrə lider namizəd Aqil Məmmədovdur. O, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısıdır.