Baş məşqçi futbolçuya sillə vurdu, meydandan qovuldu

Baş məşqçi etdiyi hərəkətə görə hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıb. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.
Sputnik

BAKI, 17 fevral — Sputnik. İtaliya D seriyasında "Qrosetto" – "Monterosi" matçında qeyri-adi hadisə baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, ev sahibi komandanın baş məşqçisi Lamberto Maqrini öz futbolçusunu vurub. Buna səbəb isə oyunçunun əvəzləndiyi üçün etiraz etməsi olub.

Baş məşqçi etdiyi hərəkətə görə hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılaraq oyundan kənarlaşdırılıb. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, 24 turdan sonra "Qrosetto" 48 xal toplayaraq liderliyə yüksəlib. "Monterosi"nin aktivində 47 xal var. Komanda turnir cədvəlində ikinci yerdə qərarlaşıb.