Paşinyan ordu barədə gözlənilən etirafı etdi...

O, eyni zamanda orduda ölüm halları ətrafında vəziyyəti gərginləşdirməməyə, həmçinin bu mövzu ətrafında neqativ fon yaratmamağa çağırıb.
Sputnik

BAKI, 18 fevral — Sputnik. Ermənistan Baş Naziri Nikol Paşinyan bu ölkənin ordu sistemində kadr dəyişikliyinin olacağının anonsunu verib. Sputnik Ermənistan xəbər verir ki, bunu Paşinyan "Facebook" səhifəsində yazıb.

Paşinyan qeyd edib ki, ötən gecə ordudakı son neqativ hallarla bağlı hökumətdə müzakirələr aparılıb. Onun sözlərinə görə, kadr dəyişiklikləri olmaqla bir sıra önəmli qərarlar qəbul edib.

Ermənistan Baş Naziri öz paylaşımında Ermənistanda ordu və cəmiyyət arasında parçalanma olduğunu da etiraf edib: "Ordu və cəmiyyətə dair bir bölünmə yoxdur. Biz bir ailə, vahid orqanizmik".

O, eyni zamanda orduda ölüm halları ətrafında vəziyyəti gərginləşdirməməyə, həmçinin bu mövzu ətrafında neqativ fon yaratmamağa çağırıb.

Xatırladaq ki, ilin əvvəlindən Ermənistan ordusunda 13 hərbçi ölüb, bütün ölüm halları qeyri-döyüş şəraitində qeydə alınıb. Üç hərbçinin ölümü ilə bağlı "ölüm həddinə çatdırma" maddəsi üzrə cinayət işi başladılıb.