CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantinə götürülən şəxslərlə bağlı son məlumat açıqlandı

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq.
Sputnik

BAKI, 18 fevral — Sputnik. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatı yayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, yoluxucu xəstəliklər şöbəsində olan iki tələbə dünən evinə buraxılıb.

Bildirilib ki, onların səhhətində hər hansı bir problem aşkarlanmayıb.

Xəstəlik alovlanan ərazidən gələnlər üçün xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalan 1 nəfər karantin müddəti bitdiyindən gün ərzində evinə buraxılacaq. Vəziyyəti normaldır heç bir şikayəti yoxdur.