Almatıda terrora hazırlaşan ekstremistlər saxlanıldı

İstintaqın məlumatına görə, onlar respublika ərazisində, həmçinin izdihamlı yerlərdə hücumlar hazırlayırmışlar.
Sputnik

BAKI, 18 fevral — Sputnik. Qazaxıstanın Almatı şəhərində iki ekstremist saxlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Məhkəmənin qərarı ilə şübhəlilər həbs olunub.

"Onların yaşayış yerində aparılan axtarışlar zamanı evdə hazırlanmış partlayıcı qurğular, onların hazırlanması üçün elementlər, soyuq silahlar, hücumun planlaşdırıldığı obyektlərin foto və video çəkilişləri olan smartfonlar aşkarlanıb", - deyə Komitənin yaydığı məlumatda bildirilir.

İstintaqın məlumatına görə, onlar respublika ərazisində, həmçinin izdihamlı yerlərdə hücumlar hazırlayırmışlar.

Faktla əlaqədar terror hücumuna hazırlıq və terrorizmin təbliği ilə bağlı cinayət işi açılıb.