Tramp İdlibə görə Ərdoğana təşəkkür etdi

Tramp danışıq zamanı Rusiyanın Əsəd rejimini dəstəkləməsini sona çatdırmasını və Suriyada daxili müharibənin siyasi yolla həllini istədiyini dilə gətirib
Sputnik

BAKI, 17 fevral — Sputnik. Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Suriyanın İdlib vilayətində bəşəri fəlakətin qarşısını almaq üçün göstərdiyi səylərə görə təşəkkür edib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi sözçüsü Cud Dirin liderlərin şənbə günü həyata keçirdiyi telefon danışığı ilə bağlı yazılı açıqlamasında bildirilir.

Məlumata əsasən, Tramp danışıq zamanı Rusiyanın Əsəd rejimini dəstəkləməsini sona çatdırmasını və Suriyada daxili müharibənin siyasi yolla həllini istədiyini dilə gətirib.