SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Münhen Konfransında regional təhlükəsizlik: Azərbaycanın yeri haradadır

İdlibdə cərəyan edən hadisələr, Cənubi Qafqazda münaqişələrin həlli perspektivləri və enerji təhlükəsizliyi - Münhen Təhlükəsizlik Konfransının əsas müzakirə mövzularının hamısının Azərbaycanla birbaşa əlaqəsi var.
Sputnik

14-16 fevral tarixlərində 56-cı Münhen Təhlükəsizlik Konfransı keçirilib və orada qlobal gündəm müzakirə edilib. Konfransda 150 dövlət başçısı, baş nazir və hökumət üzvləri də daxil olmaqla, 800-dən çox nümayəndə iştirak edib.

İdlib (Suriya) ətrafında cərəyan edən hadisələr, Cənubi Qafqaz regionunda münaqişələrin həlli perspektivləri və enerji təhlükəsizliyi Münhen Təhlükəsizlik Konfransının əsas müzakirə mövzuları olub. Bu mövzuların hamısının Azərbaycanla birbaşa əlaqəsi var.

Eyni zamanda, bu konfrans Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında olan debatla da dünya ictimaiyyətinin diqqətini cəlb edib.

Fevralın 19-da saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində "Cənubi Qafqaz" Politoloqlar Klubunun 65-ci iclasında politoloqlar Münhendə regional təhlükəsizlik sistemi ilə bağlı müzakirələrdən danışacaqlar.

Tədbirdə azərbaycanlı politoloqlar Fikrət Sadıqov, Nəzakət Məmmədova, Zaur Məmmədov, Məhəmməd Əsədullazadə və İlqar Vəlizadə (moderator) iştirak edəcəklər.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84 / 85

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə