İranda da güclü zəlzələ oldu

Zəlzələ yerli vaxtla saat 14:47-də 8 km dərinlikdə qeydə alınıb. Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib
Sputnik

BAKI, 17 fevral — Sputnik. İranın qərbində yerləşən Kürdüstan vilayətinin Kamyaran rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Elazığda yenidən güclü zəlzələ oldu

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 14:47-də 8 km dərinlikdə qeydə alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.