SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK 177 şikayəti araşdırır – Daha bir neçə şikayət DSK-lara göndərildi

MSK sədri bildirib ki, təqdim edilən görüntülərdən əlavə, videogörüntülər sosial şəbəkələrə yerləşdirilsə, araşdırılmayacaq
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Bu günə qədər sosial şəbəkələrdə 68 dairə seçki komissiyasının (DSK) 179 seçki məntəqəsi ilə bağlı 385 videogörüntü var.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Bir dairədə 7 məntəqənin nəticələri ləğv olundu

MSK sədrinin sözlərinə görə, həmin görüntülərdən əlavə, videogörüntülər sosial şəbəkələrə yerləşdirilsə, araşdırılmayacaq.

MSK sədri bildirib ki, Mərkəzi Seçki Komissiyasına 177 müraciət daxil olub. Onun sözlərinə görə, müraciətlərin 97-nə baxılıb.

Qeyd edək ki, müzakirələrin yekununda 9 saylı Binəqədi İkinci Seçki Dairəsi, 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsi, 86 saylı İsmayıllı Seçki Dairəsi, 66 saylı Biləsuvar Seçki Dairəsi üzrə müraciətlərin də araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilməsinə qərar verilib.

Bundan əvvəl 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsi, 42 saylı Sumqayıt İkinci Seçki Dairəsi, 46 saylı Şirvan Seçki Dairəsi, 51 saylı Qusar Seçki Dairəsi üzrə müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki komissiyalarına göndərilməsinə qərar verilib.