CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xəzərdə güclü zəlzələ olub

4,3 maqnitudalı yeraltı təkanlar yerli vaxtla saat 17:49-da qeydə alınıb. Yeraltı təkanlar sahilə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Sputnik

BAKI, 15 fevral — Sputnik. Xəzərdə zəlzələ olub.

Sputnik Azərbaycan bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, 4,3 maqnitudalı yeraltı təkanlar yerli vaxtla saat 17:49-da qeydə alınıb.

Zəlzələ ocağı 62 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar sahilə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.