Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 15 fevral — Sputnik. Rusiyanın Bakı əsilli populyar ulduz stilisti Vadim Qalaqanov Rusiyada yeni "Elle Man" nəşrinə rəhbərlik edəcək. Nəşr ayda bir dəfə dərc olunan "GQ" jurnalına rəqib olacaq. Stilist Sputnik Azərbaycan-a bildirib ki, bu layihənin təsisçisi məşhur rəssam və jurnalist Aleksandr Şurenkovdur.
Jurnal ayda iki və ya dörd dəfə dərc olunacaq. Jurnalın ilk üzünün qəhrəmanı artıq Londonda çəkilişlərdə iştirak edib, lakin Qalaqanov hələ ki, jurnalın ilk nömrəsinin detallarını açıqlamaq istəməyib.
Qalaqanov uzun müddət "GQ Russia" jurnalının redaktoru olub və bir sıra məşhur ulduzlarla işləyib. 2017-ci ilin fevralında "Elle" jurnallının Rusiya versiyasında moda direktoru olub. O, Edrian Broudi, Cerad Batler, Naomi Kempbell, Ancelina Coli və digər məşhurlarla birgə işləyib.