Ölüm xəstəliyi sürətlə yayılır – Ölənlərin sayı 1,5 mini keçdi

Ümumilikdə Çində bu virusa yoluxanların sayı 66492-ə çatıb. Bir gündə bu xəstəliyə yoluxanların sayı 2641 nəfər artıb.
Sputnik

BAKI, 15 fevral — Sputnik. Çində yeni koronavirusdan ölənlərin sayı 1523 nəfərə çatıb. Sputnik Azərbaycan-ın “Reuters”ə istinadla xəbər verir ki, bir gündə bu virusdan ölənlərin sayı 143 nəfər artıb.

Daha bir azərbaycanlı virus təhlükəsinə ilə xəstəxanaya yerləşdirildi

Ümumilikdə Çində bu virusa yoluxanların sayı 66492-ə çatıb. Bir gündə bu xəstəliyə yoluxanların sayı 2641 nəfər artıb.

Qeyd edək ki, ötən gün Çinin Səhiyyə üzrə Dövlət Komitəsinin sədrinin müavini Çzen İsin bildirib ki, fevralın 11-i bütün ölkə ərazisində 1716 tibbi işçisi yeni növ koronavirusun formalaşdırdığı pnevmoniyaya yoluxub ki, bu da ümumilikdə bu xəstəliyə yoluxanların 3,8%-ni təşkil edir: "Çox təəssüf ki, onlardan 6-sı vəfat edib, bu göstərici isə ümumi xəstəlikdən ölənlərin 0,4%-ni təşkil edir".

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.