BAKI, 15 fevral — Sputnik. Nizami rayonunda polis əməkdaşları hündürmərtəbəli binadan özlərini atmaqla intihar etməyə cəhd göstərən şəxsləri xilas edib.
Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, Q.Qarayev prospektində dələduzluğa məruz qalmalarına etiraz əlaməti olaraq intihara cəhd etmək istəyən şəxslər ərazidə xidmət aparan Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarının müdaxiləsi ilə dayandırılıb.
Həmin şəxslər onları vəd verilərək Rusiyaya aparıb işlədən və 13000 dollar pullarını mənimsəyən şəxslərin cəzalandırılmasını tələb ediblər.
İntihara cəhd etmək istəyən şəxslər aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.