RUSİYA

Qeyri-adi Sevgililər Günü – tankların köməyilə evlilik təklifi etdi - VİDEO

Kadrlarda görünür ki, Moskva yaxınlığındakı Alabino poliqonunda iki tank bölüyü böyük ürək şəklində düzülüb
Sputnik

BAKI, 14 fevral — Sputnik. Rusiyanın Taman diviziyasının leytenantı 16 ədəd "T-72B3" tankının köməyilə sevdiyi qıza evlilik təklifi edib.

Sputnik Azərbaycan xəbər verir ki, qeyri-adi evlilik təklifinin videogörüntülərini "Zvezda" telekanalı yayımlayıb.

Kadrlarda görünür ki, Moskva yaxınlığındakı Alabino poliqonunda iki tank bölüyü böyük ürək şəklində düzülüb. Bundan sonra hərbçi sevgilisini ürək fiqurunun mərkəzinə gətirib, bir dizi üstə çökərək qızdan onun həyat yoldaşı olmasını istəyib. Qız razılıq cavabını verib.

Telekanalın müxbiri qeyd edib ki, döyüş maşınları çox mürəkkəb sürücülük fiqurunu yerinə yetiriblər.

"Onu (fiquru – red.) hətta tank baletini ifa edən ekipajlar belə qura bilmirlər", – o bildirib.

Jurnalist cütlüyə toylarını yayda baş tutacaq "Tank biatlonu" zamanı keçirməyi təklif edib.