Şimali Makedoniya NATO-nu gücləndirəcəkmi?

Makedoniyalılar əksər hərbi əməliyyatlarda ABŞ və NATO-nın müttəfiqi olublar. 2002-ci ildən etibarən ölkənin 240-dan çox hərbi qulluqçusu beynəlxalq koalisiyanın tərkibində Əfqanıstandakı müharibədə iştirak edib.
Sputnik

BAKI, 14 fevral — Sputnik. Andrey Kots. Monteneqronun ardınca daha bir Balkan ölkəsi NATO-ya qoşulacaq – Şimali Makedoniya parlamenti alyansa üzv olma haqqında sənədi təsdiqləyib. Dünyanın ən böyük hərbi bloku olan NATO-nun hazırda 29 üzvü var.

Rusiya və NATO generalları Bakıda nədən danışdılar?

Bəs Avropanın cənub-şərqindəki bu kiçik dövlət alyansı gücləndirəcəkmi? Onun silahlı qüvvələrinin gücü buna çatar? RİA Novosti-nin materialında bu suallara cavab verilir.

Pul çatışmır

“The Military Balance 2019” illik hesabatına görə, Şimali Makedoniyanın 8 min əsgəri var. Ordu 1992-ci ildə Yuqoslaviyanın dağılmasından sonra yaranıb. Həmin vaxt ordunun təchizatı zəif idi, onun yalnız dörd zədələnmiş “T-34” tankı və çox köhnə odlu silahları var idi. Ancaq hökumət dərhal NATO-ya üzv olmağa istiqamətləndi. Şimali Makedoniya ordusu 1999-cu ildə Serbiyanı bombalamaqda NATO-ya yardım edib. Elə həmin il ölkə NATO-ya Üzvlük Fəaliyyət Planına qoşulub və silahlı qüvvələrdə islahatlara başlayıb.

"Ziddiyyətlər xirtdəyə qədərdir" – politoloq NATO-dakı "çatlar" barədə danışıb

Makedoniyalılar əksər hərbi əməliyyatlarda ABŞ və NATO-nın müttəfiqi olublar. 2002-ci ilin avqustundan etibarən respublikanın 240-dan çox hərbi qulluqçusu beynəlxalq koalisiya qüvvələrinin tərkibində Əfqanıstandakı müharibədə iştirak edib. 2003-cü ilin iyunundan 2008-ci ilin dekabrına qədər kiçik bir kontingent İraqda amerikalılara kömək edib. 2006-cı il isə silahlı qüvvələrin islahatı prosesində həlledici olub. Belə ki, həmin il Şimali Makedoniya hərbi mükəlləfiyyəti tamamilə ləğv edərək müqaviləli peşəkar orduya keçdi.

“Liviyada dövlətçiliyi NATO bombaladı” – Lavrov

“The Military Balance 2019” hesabatına görə, keçən il Şimali Makedoniya hərbi ehtiyaclara cəmi 108 milyon dollar xərcləyib. Hesabatın müəllifləri qeyd edirlər: Ölkənin beynəlxalq hərbi əməliyyatlarda iştirakı ordunun maddi-texniki imkanlarını artırsa da, köhnə aralarında sovet texnikasının üstünlük təşkil etdiyi döyüş maşınlarının vəziyyəti ilə bağlı ciddi problemlər qalmaqdadır. Onları NATO standartlarına uyğunlaşdırmaq hələ də problemlidir.

Şimali Makedoniya hava hücumundan müdafiə sistemlərinə, eləcə də uzaqmənzilli tank əleyhinə sistemlərə kəskin ehtiyac duyur. Mütəxəssislər qeyd edirlər ki, ölkə müstəqil olaraq müasir silahları istehsal etməyə qadir deyil, xaricdən silah satın almaq üçün isə onun pulu yoxdur.

NATO yeni ilə Rusiyaya hücumu məşq etməklə başlayacaq

Kiçik ordu

Şimali Makedoniyanın Quru Qoşunları sürətli reaksiya qüvvələrindən, dəstək qüvvələrindən və strateji ehtiyatlardan ibarətdir. Sürətli reaksiya qüvvələrinə iki piyada briqadası və bir tank batalyonu daxildir. Dəstək qüvvələrinə artilleriya alayı, hava hücumundan müdafiə batalyonu, radiasiya, kimyəvi və bioloji müdafiə bölüyü, rabitə və logistika batalyonu, mühəndis batalyonu, kəşfiyyat bölüyü və hərbi polis daxildir. Strateji ehtiyatda isə iki piyada briqadası var.

NATO-da iğtişaş: Alyans öz birliyini qoruyub saxlaya biləcəkmi?

Tank batalyonunda 1990-cı illərdə Bolqarıstandan və Ukraynadan satın alınmış 30 ədəd “T-72A” tankından istifadə olunur. Piyada briqadalarında 11 ədəd “BMP-2” piyadanın döyüş maşını, 10 ədəd “MT-LB” zirehli daşıyıcı, 10 ədəd “BRDM-2” patrul maşını, təxminən 70 ədəd “BTR-70” və “BTR-80” zirehli şəxsi heyət daşıyıcıları, həmçinin Yunanıstan istehsalı olan  9 ədəd “Leonidas” zirehli şəxsi heyət daşıyıcısı, Amerikada istehsal olunmuş 28 ədəd “M113” və Almaniyadan alınmış 84 ədəd “TM-179 Hermelin” zirehli şəxsi heyət daşıyıcısı var. Bundan başqa, Quru Qoşunları təxminən 80 ədəd “Hummer” avtomobilindən istifadə edir. Şimali Makedoniya 2028-ci ilə qədər bəzi sovet texnikalarından imtina etməyi və ABŞ-dan 56 ədəd müasir “Stryker” zirehli şəxsi heyət daşıyıcısını və 96 ədəd “JLTV” zirehli maşın almağı planlaşdırır.

NATO genişmiqyaslı hərbi münaqişəyə hazırlaşır – XƏBƏRDARLIQ

Quru Qüvvələrinin artilleriyası ilk növbədə 12 ədəd 122 millimetrlik “Qrad” reaktiv yaylım atəş sistemindən və Yuqoslaviya vaxtından qalan 12 ədəd 128 millimetrlik “M-63 Plamen” reaktiv yaylım atəş sistemindən ibarətdir. Lüləli artilleriyaya gəldikdə isə ordu 14 ədəd Amerika istehsalı olan 105 millimetrlik “M-56” haubitsalarına və hələ İkinci Dünya Müharibəsi illərində istifadə edilən 56 ədəd sovet istehsalı olan “M-30” haubitsalarına malikdir. Bundan əlavə, xidmətdə 39 ədəd 120 millimetrlik Sovet İttifaqı və Yuqoslaviya minaatanları durur. Tank əleyhinə az-çox əhəmiyyətli silahlardan yalnız Fransada istehsal olunmuş bir neçə "Milan" sistemlərini qeyd etmək olar.

NATO Baş katibindən Rusiya barədə maraqlı sözlər

Hərbi Hava Qüvvələrinin yalnız 6 təyyarəsi var: onlardan biri sovet istehsalı olan “An-2” və beşi Çexoslovakiya vaxtından qalan “Z-242” təlim təyyarələridir. Ordunun həmçinin 6 ədəd “Mi-24V” zərbə helikopteri, Ukraynadan alınmış və İsrailin “Elbit” şirkəti tərəfindən modernləşdirilmiş 4 ədəd “Mi-17” hərbi-nəqliyyat helikopteri, həmçinin 2 ədəd Amerikada istehsal edilmiş çoxməqsədli “UH-1H Iroquois” helikopteri var.

Hava hücumundan müdafiə qüvvələrinin isə 8 ədəd “Strela-10” qısamənzilli hava hücumundan müdafiə raket sistemi, bir neçə “İqla-1” sistemi və İsveç istehsalı olan 36 ədəd 40 millimetrlik “Bofors” zenit silahları var.

Bu arada, sahil mühafizəsi qoşunlarının hərbi katerlərdən ibarət kiçik bölmələri ilə Prespa və Ohrid göllərinin sularında patrul həyata keçirilir.

NATO dünyada gedən proseslərə təsir edə biləcəkmi – politoloq şərhi

Şərq istiqaməti

Amerikalılar Skopyenin NATO-ya üzv olmaq istəyini tam dəstəkləyirlər və üzvlük yalnız vaxt məsələsidir. ABŞ-ın alyansdakı daimi nümayəndəsi Key Beyli Hatçison Şimali Makedoniyanın yaya qədər hərbi bloka qoşulacağını deyib.

Rusiya Xarici İşlər Nazirliyinin 4-cü Avropa Departamentinin direktoru Yuri Pilipson noyabrda buna qarşı çıxış edib. O, RİA Novosti-yə verdiyi açıqlamada deyib ki, NATO-nun genişlənməsi Avropada inamı və sabitliyi pozur və qarşıdurmanı gücləndirir. Diplomat yeni ölkələrin anti-Rusiya siyasətinə və alyansın hərbi planlarına cəlb edilməsinin qitənin təhlükəsizliyinə töhfə vermədiyini vurğulayıb.

Türkiyə NATO-a ya güzəştə getməyib – Anlaşmanın detalları açıqlandı

Əlbəttə ki, Şimali Makedoniya silahlı qüvvələrinin imkanları burada əsas məqam deyil. Kiçik və zəif təchiz olunmuş ordu onsuz da çox güclü olan Şimali Atlantika alyansını çətin ki, gücləndirsin. Hərbi ekspertlər əmindirlər ki, amerikalılara Şimali Makedoniyanın əsgərləri və tankları deyil, onun ərazisi lazımdır – şərq istiqamətində əməliyyatlar üçün.

Geosiyasi Problemlər Akademiyasının Birinci vitse-prezidenti Konstantin Sivkov RİA Novosti-yə açıqlamasında bunu belə izah edib: “ABŞ Şimali Makedoniyanı əməliyyat meydanı kimi istifadə etməyi planlaşdırır. Orada Rusiyadakı hədəfləri vura biləcək ortamənzilli raketləri, aviabazaları və raketdən müdafiə sistemlərini yerləşdirmək olar. Makedoniya əhalisi isə amerikalılar üçün sadəcə bir ət sipəridir”.