CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sevgililər Günündə azərbaycanlılara sürpriz - onlayn evlilik təklifi

Bunun üçün həmin vətəndaşın şəxsi kabinetdə "Qurumlar üzrə" bölməsinə daxil olaraq Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan xidmətlərdən "Nikahın qeydə alınması" xidmətini seçməsi kifayətdir
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 14 fevral — Sputnik. Elektron Hökumət Portalı Sevgililər Günündə evlənmək istəyənlərə onlayn evlilik xidməti təklif edir.

Sputnik Azərbaycan-ın məlumatına görə, evlənmək istəyən şəxs myGov portalında şəxsi kabinetinə daxil olaraq nikahın qeydə alınması üçün elektron müraciət edə bilər.

Bunun üçün həmin vətəndaşın şəxsi kabinetdə "Qurumlar üzrə" bölməsinə daxil olaraq Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan xidmətlərdən "Nikahın qeydə alınması" xidmətini seçməsi kifayətdir. Burada ərizənin yaradılması, kişinin soyadının seçilməsi, qadının soyadının seçilməsi, qeydiyyat məntəqəsinin seçilməsi, məlumatların təsdiqi bölmələrini doldurmaqla evlilik müraciəti qeydə alınır.

Qurumdan bildirdilər ki, yalnız həmin şəxslərin mütləq rəsmi evlənməsi üçün nikaha görə tibbi müayinə sənədi olmalıdır. Vətəndaşlar əvvəllər evlənmək üçün VVAQ-a şəxsən müraciət edərək müvafiq sənədlər təqdim edirdilər. Artıq myGov portalı vasitəsilə həm evlilik, həmçinin də nikahın pozulması üçün onlayn müraciət etmək mümkündür.