BAKI, 14 fevral — Sputnik. Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfəri başlayıb.
Sputnik Azərbaycan bildirir ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir sıra görüşlər keçirib.
Prezident İlham Əliyev Almaniyada səfərdədir
© Official website of President of Azerbaijan Republic
Dövlətimizin başçısı Almaniyanın Şərqi Biznes Assosiasiyasının Cənubi Qafqaz ölkələri üzrə işçi qrupunun rəhbəri, “Veridos GmbH” şirkətinin baş icraçı katibi Andreas Reşmayer ilə, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Vladimir Norov ilə görüşüb.