RUSİYA

Kişinin üstündən maşınla keçib ölümdən qurtardılar

Onda orqanizmin soyuması, pəncələrin və əllərinin 3-4-cü dərəcəli donvurması təsbit edilib. Tibb işçiləri deyiblər ki, əgər kişi maşın altında qalmasaydı, donvurmadan öləcəkdi.
Sputnik

BAKI, 14 fevral — Sputnik. Rusiyanın Omsk şəhərində bir təqaüdçü minik maşını ilə avtomobil yolunun üzərində uzanmış kişinin üzərindən keçib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, buna rəğmən, təqaüdçü həmin kişini ölümdən qurtarıb. 

Bildirilir ki, zərərçəkən sərxoş vəziyyətdə qarın üstündə yuxuya gedib. Həkimlər ona sinənin qapalı zədəsi, qabırğaların qırılması diaqnozunu qoyublar. Həmçinin onda orqanizmin soyuması, pəncələrin və əllərinin 3-4-cü dərəcəli donvurması təsbit edilib. Tibb işçiləri deyiblər ki, əgər kişi maşın altında qalmasaydı, donvurmadan öləcəkdi.

Hazırda polis hadisəni araşdırır.