BAKI, 14 fevral — Sputnik. Suriyanın İdlib vilayətində Bəşər Əsədə sadiq qüvvələrə məxsus helikopter vurulub.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Suriyanın Hələb şəhəri yaxınlığında baş verib.
İnsident nəticəsində ölən və yaralılar barədə məlumat verilmir.
Qeyd edək ki, 3 gün öncə İdlib vilayətinin Serakib rayonu ərazisində də rejim qüvvələrinə məxsus helikopter vurulmuşdu. Nəticədə üç nəfər həlak olmuşdu.