CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Şəhər İcra Hakimiyyətində yeni təyinat

Qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin olunub
Sputnik

BAKI, 14 fevral — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr dəyişikliyi olub. Sputnik Azərbaycan xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə BŞİH-in mətbuat xidmətinin rəhbəri vəzifəsinə Mətin Adil oğlu Hüseynov təyin edilib.

Qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin olunub.