Düşmənə aman yoxdur – Türkiyə Əsəd qüvvələrini vurmaqda davam edir

"Müxtəlif mənbələrdən alınan son məlumata görə, bu gün İdlib bölgəsində Suriya rejiminin 55 ünsürqü zərərsizləşdirilib"
Sputnik

BAKI, 13 fevral — Sputnik. İdlibdə Suriya ordusunun 55 hərbçisi zərərsizləşdirilib.

Sputnik Azərbaycan xəbər verir ki,  məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Nazirlikdən bildirilib: "Müxtəlif mənbələrdən alınan son məlumata görə, bu gün İdlib bölgəsində Suriya rejiminin 55 ünsürqü zərərsizləşdirilib".

Daha əvvəl Ankara 101 Suriya hərbçisinin zərərsizləşdirildiyini bildirib.

Xatırladaq ki, fevralın 3-də Suriya ordusunun İdlibdə açdığı atəş nəticəsində 8 türk əsgəri və mülki şəxs həlak olub.